ABŞ-ın vitse-prezidenti Cey Di Vens Zvartnots hava limanında jurnalistlərin suallarını cavablandırıb. Bakıda saxlanılan erməni əsirlərinin azad edilməsi məsələsinin Azərbaycanda planlaşdırılan görüşlər zamanı qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala ABŞ vitse-prezidenti belə cavab verib:
“Bəli. Bu, mütləq qaldırılacaq. Həm Ermənistanın baş naziri, həm də Azərbaycan prezidenti ilə çox yaxşı münasibətlərimiz var. Baş nazirin dünən bir neçə ay əvvəlki vəziyyətimizlə müqayisədə sülh sazişinə nikbin baxdığını eşitdim. Ona görə də bir sıra mövzuları mütləq qaldıracağıq. Düşünürəm ki, ermənilər və azərbaycanlılarla çox uğurla işləməyə davam edəcəyik”.