Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti J.D. Vensi Prezident Sarayında qarşıladı.
Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vensi və həyat yoldaşı Uşa Vensin 9-10 fevral tarixlərində Ermənistan Respublikasına rəsmi səfərə gələcəyi barədə məlumat vermişdik.
Ermənistanın Baş naziri ilə ABŞ-nin vitse-prezidenti arasında görüşdən sonra bəyanatlar veriləcək.