ABŞ-ın vitse-prezidenti J.D. Vens diplomatiya və idmanı birləşdirəcək xarici səfərinə başlayıb. Bir həftəlik səfər zamanı Vens İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək, daha sonra isə Ermənistan və Azərbaycana səfər edəcək.
ABŞ prezidenti Donald Tramp yanvarın sonlarında ABŞ-ın vitse-prezidenti J.D. Vensin Ermənistan və Azərbaycana səfərini elan edib.
Associated Press agentliyinin məlumatına görə, Tramp Vnesə iki ölkə arasında onilliklərdir davam edən münaqişəyə son qoymağa yönəlmiş bir razılaşma hazırlamaq tapşırığı verib.
Lakin agentlik ABŞ vitse-prezidentinin Ermənistan və Azərbaycana hansı tarixdə gələcəyini dəqiqləşdirməyib.