Ukrayna münaqişəsinin həllində yaxşı irəliləyiş var. Danışıqların yeni mərhələsi 4-5 fevral tarixlərində keçiriləcək. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
O, Ağ Evdə keçirilən tədbirdə jurnalistlərə bildirib ki, "Biz Ukrayna və Rusiya ilə çox yaxşı əməkdaşlıq edirik. Bunu ilk dəfə deyirəm. BMT nizamlama prosesində "bir az iştirak edir".
Tramp həmçinin vurğulayıb ki, onun administrasiyası dövründə ABŞ Co Baydenin etdiyi kimi, Ukraynaya yardım pulu göndərməyəcək. O, xatırladıb ki, ABŞ bunun əvəzinə AB və NATO-ya silahları tam qiymətə satır və sonradan bu silahlar Ukraynaya göndərilir.
Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların yeni mərhələsi 1 fevral bazar gününə planlaşdırılırdı. Lakin o, təxirə salınıb və 4-5 fevral tarixlərində keçiriləcək.