Energetika və Mineral Ehtiyatlar naziri qeyd edib ki, yeni atom elektrik stansiyası ilə bağlı vacib bir qərar qəbul olunub. Onun sözlərinə görə, yeni atom elektrik stansiyasının növü modul tipli olacaq.
Bunu Energetika və Mineral Ehtiyatlar naziri David Xudatyan bildirib.
“Bu məsələ ilə bağlı bizə, xüsusən də Rusiya Federasiyası, ABŞ, Çin, Koreya və Fransadan verilən təklifləri öyrənməyə davam etdik, lakin model seçimi ilə bağlı yekun qərarımız yoxdur və model seçimi məsələsi 2026 və ya 2027-ci illərdə həyata keçiriləcək. Buna görə də çox tələsməyə ehtiyac yoxdur.
Model seçimi ilə bağlı olaraq, hansı ölkə ilə işlədiyimiz də müəyyən ediləcək, çünki modul tipli atom elektrik stansiyası sistemi əvvəllər geniş istifadə olunmayıb və nə etdiyimizi daha da araşdırmağa ehtiyac var”, - deyə o bildirib.
Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması üzrə birinci proqram davam edib və nazirin sözlərinə görə, bu proqram çərçivəsində uğurlu bir proses gedir.
İkinci proqram atom elektrik stansiyasının istismar müddətinin daha 10 il uzadılmasına imkan verəcək. Hazırda müqavilələr imzalanıb və işlər təqvim cədvəlinə uyğun olaraq həyata keçirilir.
“Biz ardıcıl olaraq uzadılma istiqamətində irəliləyirik və əminik ki, uzadılma proqramının uğurlu olacağına və atom elektrik stansiyası növbəti 10 il ərzində enerji sistemimizə qoşulmağa davam edəcək”, - o bildirib.