Ermənistana rəsmi səfəri zamanı Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhan Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyan tərəfindən qəbul edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Görüşdə Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha da iştirak edib.
Nazir Papikyan müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirib və əməkdaşlıq proqramlarının müntəzəm olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.
General Çauhan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran yeni sahələr yaratmağa hazır olduğunu bildirib.
Görüşdə regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.