26-28 yanvar tarixlərində ER xarici işlər naziri Ararat Mirzoyan Strasburqa işgüzar səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Ermənistanın Avropa Şurasına üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.
28 yanvarda nazir Mirzoyan Avropa Şurası Parlament Assambleyasının canlı yayımlanacaq sessiyasında çıxış edəcək.
Səfərin gündəliyində ikitərəfli görüşlər də var.