Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Qrenlandiya ilə bağlı hər şey onların işi deyil.
"Özümüzün görəcəyimiz çox şey var. Maraqlarımızı qorumalıyıq. İqtisadi inkişafla məşğul olmalı, demoqrafik göstəriciləri düzəltməli, məişət elektronikasının inkişaf səviyyəsini yüksəltməliyik və s.", - deyə Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml Rusiya prezidenti Vladimir Putinin Qrenlandiya ilə bağlı açıqlamaları ilə ABŞ prezidenti Donald Trampla yeni görüşünün zəruriliyi arasında əlaqə görmür.
Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə qeyd edib ki, ABŞ-ın Qrenlandiyaya iddiaları Rusiyanı heç maraqlandırmır.