Heç bir şərh verə bilmərəm. Deyə bilərəm ki, orada olan bütün insanlarla bağlı iş görmüşük, bunu davamlı olaraq edəcəyik. Bunu Parlamentin sədri Alen Simonyan parlament brifinqi zamanı Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyinin azad edilməyəcəyi ilə bağlı müzakirələrə toxunaraq bildirib.
“Nə qədər vaxt lazımdırsa, biz bunu edəcəyik və bu insanların qayıtması üçün Azərbaycanla bir həll yolu tapmağa çalışacağıq. Bu, müzakirə mövzusu deyil. Bu məsələ ilə bağlı başqa bir fikir olmayıb, olmayacaq da, - deyə o bildirib.