Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londona işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koker ilə görüşüb. Bu barədə Təhlükəsizlik Şurası məlumat yayıb.
Həmsöhbətlər təhlükəsizlik və müdafiə sektorlarında əməkdaşlığın genişləndirilməsini müzakirə edib, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsinin və gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər iqtisadi əməkdaşlığın əhəmiyyətinə və işgüzar əlaqələrin davamlı olaraq dərinləşməsinə də toxunublar.
Görüş zamanı Armen Qriqoryan və lord Vernon Koker avqustun 8-dən sonra Cənubi Qafqazda bərqərar olmuş sülhə və yaradılan geniş iqtisadi imkanlara da toxunublar.