Rusiya Gürcüstanla sabit münasibətlər axtarır. Bu barədə RİA Novosti agentliyinə verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib.
Onun sözlərinə görə, Tbilisi sağlam praqmatizm və xarici münasibətlərdə çoxvektorluluğa meyl nümayiş etdirir, Rusiya əleyhinə sanksiyalara qoşulmur və Rusiyaya qarşı ikinci cəbhənin açılması ssenarisini rədd edir.
"Bunun sayəsində son bir neçə ildə iqtisadiyyatda əhəmiyyətli uğurlar qazanmışıq. Diplomatik münasibətlərimiz yoxdur, amma real fayda gətirən aktiv əlaqələrimiz var", - deyə o bildirib.
Rəsmi şəxs əlavə edib ki, Moskva Tbilisi ilə münasibətlərin normallaşdırılmasına ciddi yanaşır.