Ermənistan XİN Avstraliyanın Sidney şəhərində baş verən vəhşi hadisəni pisləyib.
“Sidneyin Bondi çimərliyində baş verən və çoxlu sayda günahsız insanın ölümünə səbəb olan atışmadan sarsılmışıq.
Ermənistan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalması üçün dua edirik”, - deyə ER XİN-in X səhifəsində bildirilir.
Xatırladaq ki, son məlumata görə, Sidneydə baş verənlər nəticəsində 16 nəfər həlak olub, 40 nəfər isə xəstəxanaya yerləşdirilib.