Dekabrın 11-də Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan Benilüks ölkələri olan Belçika, Niderland və Lüksemburqun Xarici İşlər nazirliklərinin siyasi direktorları ilə görüşüb.
Tərəflər bu ilin 2 dekabrında "Ermənistan-Aİ Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədinin imzalanmasını məmnuniyyətlə qeyd etdilər. Ermənistan və Avropa İttifaqı arasında genişlənən gündəmlə bağlı bir sıra məsələlər müzakirə edildi.
Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısının 2026-cı ildə Ermənistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ermənistan Azərbaycan münasibətləri də müzakirə olunub.