Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Berlində Almaniyanın Ticarət və Sənaye Palatasına baş çəkib.
Baş nazir bir qrup alman iş adamı və iqtisadi assosiasiyaların nümayəndələri ilə görüşüb.
Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş direktoru Mixael Harms baş nazirə görüşə görə təşəkkür edib və alman iş adamlarının Ermənistanla əməkdaşlıqda maraqlı olduğunu və bugünkü görüşün mövcud imkanlar və perspektivlərlə tanış olmaq üçün yaxşı fürsət olduğunu qeyd edib.
Baş nazir Paşinyan çıxışında Ermənistan Respublikası hökumətinin Almaniya ilə iqtisadi əlaqələrin ardıcıl inkişafında və genişlənməsində maraqlı olduğunu vurğulayaraq, son vaxtlar ticarət dövriyyəsinin həcmində müsbət dinamikanın qeydə alındığını bildirib. Nikol Paşinyan ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya imkanlarına, eləcə də regionda baş verən proseslər kontekstində açılan perspektivlərə toxunub.
Görüş zamanı baş nazir iş adamlarını maraqlandıran müxtəlif sualları da cavablandırıb.