Dekabrın 9-da Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ konqresmeni Tomas Ken (respublikaçı) ilə görüşüb. Bu barədə səfirlik məlumat yayıb.
Görüş zamanı səfir və ABŞ konqresmeni Ermənistan-ABŞ münasibətlərinin cari gündəmini, mövcud dinamikanı və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.