Deməliyəm ki, bəzi məsələlərdə biz, bəzi məsələlərdə Azərbaycan tərəfi tələsir, amma proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimitasiya edəcəyik. Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Parlamentin sədri Alen Simonyan deyib.
"Bizim üçün nümunəvi məkana çevrilmiş Kirantsı hissəsindəki müsbət, xoş vəziyyətimiz olacaq. Biz beynəlxalq tərəfdaşları və hələ orada olmayan vətəndaşlarımızı götürüb, sülhün necə görünə biləcəyini və necə göründüyünü göstəririk və nümayiş etdiririk. Nə bölmə haqqında, nə də son tarix haqqında dəqiq deyə bilmərəm. Düşünürəm ki, gələn ilin birinci rübündə”, - deyə Simonyan qeyd edib.