Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan Bakıda “3+3” formatında mümkün görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etməyib.
O, jurnalistlərlə keçirdiyi brifinqdə deyib: "Heç bir regional formatdan kənarda qalmağın, iştirak etməməyin düzgün məntiq olduğunu düşünmürəm və Bakıda keçirilməsi planlaşdırılan hər hansı tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmirəm. Hesab edirəm ki, bu regional vəziyyətdə bu, artıq mübahisəli məsələ deyil. Hər hansı problem olarsa, onları qaldıracağıq. Məsələn, mənim üçün həbsxanada olan şəxslərin, həbsdə olanların problemidir və düşünürəm ki, bu da mübahisəli və həll oluna bilən məsələdir, lakin iştirak etməmək, məncə, sadəcə olaraq qəbuledilməzdir”.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bəyan etmişdi ki, rəsmi Bakı “3+3” regional formatının növbəti görüşünün Azərbaycanda, sonrakı görüşün isə Ermənistanda keçirilməsini təklif edib.