Azərbaycan prezidenti İlham Əliyev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Əliyev bildirib ki, ikitərəfli gündəm genişdir və bir çox sahələri əhatə edir, burada bütün məsələlər üzrə konkret yol xəritələri var.
Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd edən Azərbaycan rəhbəri iqtisadiyyat, ticarət, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxunub. O, İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə edib.
Qəbul üçün minnətdarlığını bildirən xarici işlər naziri Abbas Əraqçi əvvəlcə İran prezidenti Məsud Pezeşkyanın salamlarını dövlətin başçısına çatdırıb. Əraqçi öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu qeyd edib və əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.