Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Albaniyanın xarici işlər naziri Eliza Spiropali ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Albaniya arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
İki ölkə liderləri səviyyəsində qurulmuş dialoqu vurğulayan Ararat Mirzoyan və Eliza Spiropali iqtisadi, innovasiya və digər sahələrdə əməkdaşlıq potensialının səmərəli şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar.
Aİ ilə bağlı əməkdaşlıq məsələlərinə toxunulub. Xarici işlər nazirləri inteqrasiya prosesində təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıblar.
Görüşdə regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.