Avstriyada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci sessiyası ərəfəsində Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib. Ceyhun Bayramov və Hakan Fidan ölkələrimiz arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafını müzakirə ediblər.
Həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, sülhün və sabitliyin qorunmasına yönəlmiş tədbirlər müzakirə edilib. Tərəflər iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və rabitə sahələrində layihələrin həyata keçirilməsi perspektivlərinə toxunublar.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, Azərbaycan və Türkiyə arasında qarşılıqlı dəstəyin regional əməkdaşlığa müsbət töhfə olduğunu vurğulayıblar.