Bir neçə dəqiqə əvvəl biz Aİ-Ermənistan əməkdaşlığının yeni strategiyasını qəbul etdik və əməkdaşlığımızı strateji səviyyəyə qaldırdıq və bununla da bizim ambisiyalarımız bitmir. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan ER-Aİ Tərəfdaşlıq Şurasının 6-cı sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.
"Ermənistan parlamenti mart ayında Aİ-yə üzvlük haqqında qanun qəbul edib. Bugünkü iclasın mesajı çox vacibdir. Ermənistan-Aİ əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.
2026-cı ilin mayında ER-Aİ-nin ilk sammiti keçiriləcək. Bu, həm də mühüm hadisə olacaq”, - Mirzoyan qeyd edib.