Bu gün ER müdafiə naziri Suren Papikyan Misir müdafiə naziri general Əbdül Məcid Sakr ilə görüşüb.
Görüşdə Ermənistan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Armen Sargsyan da iştirak edib.
Görüş zamanı tərəflər müdafiə sektorunda əməkdaşlıq imkanları ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Onlar həmçinin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar.