Noyabrın 28-də müdafiə naziri Suren Papikyan Misir Ərəb Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amal Afifini qəbul edərək, onu Ermənistanda missiyasına başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Bu barədə nazirin Facebook səhifəsində məlumat verilib.
“Biz müdafiə sahəsində əməkdaşlığın perspektivlərini, həmçinin beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə etdik”, - deyə məlumatda bildirilir.