Baş nazir Nikol Paşinyan Albaniya Respublikasının Baş naziri Edi Ramaya milli bayram - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Mesajda deyilir:
“Sizi və Albaniya xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu il Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilən görüşümüzü məmnunluqla xatırlayıram ki, bu görüş Ermənistan və Albaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi üçün əla fürsət idi. Ümid edirəm ki, Yerevanda keçiriləcək ASB-nin 8-ci Zirvə Toplantısında da Sizi eyni hərarətlə qəbul etmək imkanım olacaq.
Ermənistan Respublikası Albaniya Respublikası ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda ümumi dəyərlərə və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına önəm verir.
Sizə möhkəm cansağlığı və yeni uğurlar, Albaniya xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram”.