Ermənistan Respublikasının 2025-ci ilin yanvar-oktyabr ayları üçün dövlət büdcəsinin icrası haqqında məlumat dərc olunub. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistan Respublikasının dövlət büdcəsinin gəlirləri 2 367,8 milyard dram təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 14,2 faiz və ya 294,4 milyard drama yaxın artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistan Respublikasının dövlət büdcəsinin xərcləri 2597,5 milyard dram təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinin xərcləri 13,7 faiz və ya 312,6 milyard dram artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistanın dövlət büdcəsi ötən ilin eyni dövründəki 211,5 milyard dram ilə müqayisədə 229,7 milyard dram kəsirlə icra edilib.