Donald Tramp bildirib ki, Çin prezidenti ilə çox yaxşı telefon danışığı aparıb. Ağ Evin aparat rəhbəri qeyd edib ki,Si Cinpini ilə Rusiya-Ukrayna münaqişəsi, fentanil və soya məsələləri müzakirə edilib.
ABŞ prezidenti özünün Truth Social səhifəsində yazıb: "Fermerlərimiz üçün əla bir razılaşma əldə etdik və bu, yalnız daha da yaxşılaşacaq. Çinlə münasibətlərimiz çox güclüdür".
Trampın sözlərinə görə, tərəflər müntəzəm ikitərəfli əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Tramp Si Cinpini ABŞ-ya dəvət edib. Çin prezidentinin tezliklə Vaşinqtona səfər etməsi gözlənilir.