Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Türkiyə ilə münasibətlərin normallaşmasının Ermənistan üçün vacib olduğu və Türkiyə bunu indi etsə, Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaq üçün ən böyük stimuldan məhrum edəcəyi barədə bəyanatına cavab verib.
Ararat Mirzoyan “Armenpress”in sualını cavablandıraraq Türkiyə xarici işlər nazirinin bu açıqlamasına toxunub.
Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün vacibdir və Türkiyə bunu indi etsə, Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaq üçün ən böyük stimuldan məhrum edəcək. Hakan Fidan onu da bildirib ki, Vaşinqton görüşündə Naxicevanla Azərbaycanı birləşdirən əlaqə konsepsiyası qəbul edilib. “Hər hansı şərhiniz varmı?” sualına XİN rəhbəri belə cavab verib:
"Birincisi, Ermənistan üçün Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması həqiqətən vacibdir. Azərbaycanla qurulan sülhün daha da institusionallaşması da eyni dərəcədə vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Bununla belə, bu iki komponentin heç biri digəri ilə şərtlənmir və əgər onlar arasında səbəb-nəticə əlaqəsi görməyə çalışsaq, bəlkə də belə çıxacaq ki, Türkiyə ilə münasibətlərin tam normallaşması Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə mənfi yox, əksinə, müsbət təsir göstərə bilər.
Nəqliyyat infrastrukturunun blokadasının götürülməsinə gəlincə, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində bu prosesin əsas prinsipləri razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlılıq. Bunun çərçivəsində müəyyən edilən TRIPP yolu həm Azərbaycanı Naxicevanla, həm də Ermənistanı digər ölkələrlə, daha geniş coğrafiyada Ermənistanla Azərbaycan vasitəsilə regionları isə bir-biri ilə birləşdirəcək. Ermənistan maraqla onun tez bir zamanda həyata keçirilməsi üçün fəal səylər göstərir”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində deputatların suallarına cavab olaraq bildirib ki, Türkiyə indi Ermənistanla münasibətləri normallaşdırarsa, Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaq üçün ən böyük səbəbdən məhrum edəcək, çünki Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün vacibdir.