İstanbulda ATƏT Parlament Assambleyasının 23-cü payız plenar sessiyası işə başlayıb.
Türkiyə Milli Məclisinin sədri Numan Kurtulmuş Məclisin açılışındakı çıxışında Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinə toxunub.
Onun sözlərinə görə, 30 illik qeyri-sabitlikdən sonra region yeni mərhələyə qədəm qoyub. Ermənistan və Azərbaycan ATƏT-in əsas missiyasının nəzərdə tutduğu kimi, mövcud problemləri danışıqlar yolu ilə həll etməyə başlayıblar. Kurtulmuş əlavə edib ki, ATƏT-in Minsk Qrupu sülhün bərqərar olması üçün heç bir iş görməyib.
O, ümid etdiyini bildirib ki, indi ölkələr arasında sabit saziş imzalanacaq və regionda sülh mühiti yaranacaq.