Noyabrın 12-də Nyu-Yorkda Ermənistanın BMT-dəki daimi nümayəndəsi Paruyr Hovhannisyan və Lesotonun BMT-dəki daimi nümayəndəsi Matete Nena Ermənistan Respublikası ilə Lesoto Krallığı arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.