Gündəlik işləri görürük. Bunu baş nazir Nikol Paşinyan parlamentin brifinqində Bakıda həbsdə saxlanılan soydaşlarımızın qaytarılması istiqamətində aparılan işlərə toxunarkən deyib.
“Əgər belə bir nöqteyi-nəzər varsa ki, bu məsələ həll olunmalıdır ki, sülh məsələsi həll olunsun, mən də deyirəm ki, Ermənistanla Azərbaycan arasında nə qədər əlverişli mühit olarsa, bu məsələ bir o qədər asan həll olunar, yəni bu, perspektiv məsələsidir.
Düşünürəm ki, sülh bütün digər məsələləri həll edəcək, bir çox məsələləri həll edəcək. Yəni bütün məsələləri həll etməliyik, o zaman sülh olacaq, sülh müqaviləsi olacaq, məncə, orada da mütləq bir şey yoxdur. Yəni bir prosesdir, canlı bir prosesdir, belə etməliyik, ki... çünki o məntiqi rəhbər tutsaydıq, bu həddə çatmazdıq, yəni bu sülh nöqtəsinə çatmazdıq.
Ona görə də biz mümkün olan ən çevik yanaşmaları nümayiş etdirməyə çalışırıq, o qədər çevik yanaşmalar ki, həmin məqamda Ermənistanın dövlət maraqlarına maksimum uyğun gəlsin”, - deyə o bildirib.