Türkiyə mediasının bikdirdiyinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin qəzasında həlak olan 20 türk hərbçisindən 19-nun cəsədi Gürcüstanda tapılıb. Sonuncu əsgərin cəsədinin axtarışı davam edir.
Gürcüstanın daxili işlər naziri Gela Geladze türkiyəli həmkarı Ali Yerlikaya ilə daim əlaqə saxladığını və koordinasiyada olduğunu bildirib. Türk və gürcü mütəxəssislərinin də daxil olduğu beynəlxalq istintaq qrupu yaradılıb.
Bu gün daha əvvəl Türkiyə mediası qəzaya uğrayan Türkiyə hərbi nəqliyyat təyyarəsinin qara qutusunun tapıldığını bildirib.