Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Tramp-Putin telefon danışığı yaxın gələcəkdə planlaşdırılmır. Moskva Vaşinqtondan belə bir sorğu almayıb. Dmitri Peskovun qeyd edib ki, zərurət yaranarsa, bu, dərhal təşkil edilə bilər.
O əlavə edib ki, Rusiya tərəfi hələlik Ağ Evdən Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı açıqlamasının nəyi nəzərdə tutduğuna dair izahat almayıb.
"Moskva nüvə sınaqları üçün hazırlıq işlərinə başlamağın məqsədəuyğunluğunu qiymətləndirməyə davam edir", - deyə rəsmi xəbərdarlıq edib.