ABŞ prezidenti Donald Tramp ABŞ rəsmilərinin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqladı və ölkə hakimiyyətini ağdərili əhalinin hüquqlarını pozmaqda günahlandırdı.
O, Truth Social sosial media platformasında yazıb:
"İnsan hüquqlarının pozulması davam etdiyi müddətcə heç bir ABŞ hökumət rəsmisi iştirak etməyəcək".
22-23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək.
Son aylarda Tramp dəfələrlə Cənubi Afrika rəhbərliyini tənqid edərək, ağdərili əhalisinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmədiyini iddia edib.
5 sentyabrda ABŞ prezidenti sammitdə iştirak etməyəcəyini açıqlayıb.