Region baxımından Ermənistanın hazırda müstəsna bir vəziyyəti var. Bunu Nikol Paşinyan bildirib.
“Əvvəllər heç vaxt belə bir vəziyyət olmayıb. Əlbəttə ki, Gürcüstan və İranla həmişə qardaşlıq, dostluq əlaqələrimiz olub, amma Azərbaycan və Türkiyə ilə heç vaxt institusional əlaqələrimiz olmayıb. İndi isə xəbər budur ki, həm Azərbaycan, həm də Türkiyə ilə daimi institusional əlaqələrimiz var və bu, çox vacib xəbərdir.
Sosi-psixoloji formulları dəyişdirərkən bəzən hansı böyük çətinliklərin yarandığını göstərmək üçün belə bir nüansdan danışmaq istəyirəm.
Məsələn, indiyə qədər erməni nitqində, o cümlədən mən də, bəlkə də fərqinə varmadan, çox vaxt erməni-rus, erməni-türk, ermğni-Azərbaycan münasibətlərindən istifadə edirik ki, bu da danışdığımız məzmunu ifadə etmir, çünki Ermənistan-Türkiyə arasında münasibətləri fərqli, erməni-türk münasibətləri başqa bir şeydir. Məsələ onda deyil ki, onların üst-üstə düşən sahələri yoxdur.
Mən demişəm ki, qiymətləndirməmdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması zaman məsələsidir və mən bunu bir daha təsdiqləyirəm, çünki biz düzgün yoldayıq. Burada məsələ həmin yolu keçmə sürətidir və qeyd etməliyik ki, bu yola təkcə hər iki ölkədə mövcud olan siyasi iradə deyil, həm də müəyyən cazibə qüvvələri təsir göstərir, amma mənim qiymətləndirməm eyni olaraq qalı”, - Baş nazir dedi.
O deyib ki, Türkiyə prezidenti ilə əlqaləri da vacibdir. O Türkiyə prezidentini Ermənistana dəvət etdiyini bir daha qeyd edib.