Berlin Brandenburq Beynəlxalq Hava Limanı 31 oktyabrdan 1 noyabra keçən gecə naməlum dron səbəbindən müvəqqəti olaraq dayandırıldı. Bu barədə DPA və AFP xəbər agentlikləri 1 noyabr səhər saatlarında hava limanının sözçüsünə istinadən məlumat veriblər.
Hadisə nəticəsində bir çox uçuş digər hava limanlarına yönləndirilib. Gediş və eniş zamanı da gecikmələr qeydə alınıb.
Dron uçuşları əvvəllər bir neçə dəfə Almaniyadakı mülki obyektlərə mane olub