Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.
Nazir Mirzoyan Ermənistanın beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi lehinə Müqavilənin məqsədlərinə sadiqliyini vurğulayıb.
Ararat Mirzoyan və Robert Floyd beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıblar və Təşkilatın məqsədlərinin universal şəkildə həyata keçirilməsi üçün davamlı səylərin vacibliyini vurğulayıblar.
Tərəflər Cənubi Qafqazda bərqərar olan sülh və mövcud şəraitin yaratdığı imkanlara da toxunublar.