Çoxsaylı fərziyyələrə baxmayaraq, İran İslam Respublikası ilə əla münasibətlərimiz var, demək olar ki, hər gün əlaqə saxlayırıq.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz bir daha gördük ki, İran İslam Respublikasının infrastruktur blokadasının qaldırılması ilə bağlı narazı qaldığı və ya indi də kəskin narazılığını bildirəcəyi manipulyasiyalar həqiqətə uyğun deyil.
Bundan əlavə, biz artıq münasibətlərimizin strateji xarakter daşıdığını və müvafiq sənəddə əks olunacağını açıq şəkildə bəyan etmişik”, - deyə nazir bildirib.