ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların zərərinin təxminən altı ay ərzində qiymətləndiriləcəyini açıqladı.
"Təxminən altı aydan sonra sizə məlumat verəcəyəm. Görəcəyik nə olacaq", - deyə o bildirib.
Lakin Rusiya prezidenti əmindir ki, sanksiyalar Rusiyaya çox ziyan vura bilməz.
"Bizim üçün özümüzü sabit və inamlı hiss etməyimiz vacibdir. Müəyyən itkilərə baxmayaraq, və onlar mütləq baş verəcək, bir çox şəraitə görə enerji sektorumuz özünəinamlıdır", - deyə Putin vurğulayıb.