Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq edərək, Rusiyanın iki böyük neft şirkəti olan Rosneft və Lukoilii hədəf alıb. ABŞ prezidenti bu addımı ilə Ukraynada sülhə nail olmaq üçün Rusiyaya təzyiq göstərməyə çalışır.
"Düşünürəm ki, artıq vaxtıdır. Çoxdan gözlədik", - deyən Donald Tramp Vladimir Putinlə həmişə yaxşı söhbətlər etdiyini, lakin sonra heç yerə getmədiklərini bildirib.
Tramp Putinlə görüşü də ləğv etdiyini açıqlayıb.
"Gedəcəyimiz yerə çatacağımızı düşünmürdüm, ona görə də görüşü ləğv etdim. Ancaq gələcəkdə görüşəcəyik”, - deyə o qeyd edib.
Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında rusiyalı həmkarını sülh məsələsində ciddi olmadığına görə də tənqid edib. Eyni zamanda, Trampın fikrincə, Rusiya müharibəni dayandırmağa razı olarsa, sanksiyalar ləğv edilə bilər.
Rutte öz növbəsində qeyd edib ki, bu sanksiyalar Putinə daha çox təzyiq göstərəcək.
Keçən həftə Böyük Britaniya “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. Bu iki şirkət gündə 3,1 milyon barel neft ixrac edir. Moskvanın ən böyük alıcıları Çin, Hindistan və Türkiyədir. Bununla belə, Yeni Dehli Rusiyanın enerji resurslarının idxalını azaltmağı planlaşdırır, bunun müqabilində müxtəlif mənbələrə görə, Vaşinqton Hindistan mallarına tətbiq edilən gömrük rüsumlarını azaldacaq.