Donald Trampla görüşdən sonra Ukrayna prezidenti jurnalistlərin suallarını cavablandırıb.
Kiyevin hansı güzəştlərə getməyə hazır olduğunu və NATO-ya üzvlük perspektivindən imtina edib-etməyəcəyini soruşduqda, Vladimir Zelenski cavab verdi ki, hazırda ən vacib şey atəşkəsə nail olmaqdır.
"Biz sülh istəyirik, Putin istəmir. Biz istənilən formatda danışıqlara hazırıq", - Zelenski vurğulayıb.
Avro-Atlantik inteqrasiyaya gəlincə, Ukrayna prezidenti vurğulayıb ki, Kiyev üçün etibarlı təhlükəsizlik təminatları daha vacibdir. Zelenski əlavə edib ki, hazırda ən çətin məsələ ərazilər məsələsidir.