ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasını dayandıracağına söz verdiyini açıqlayıb.
"O, bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı. Bu, böyük addımdır. İndi mən Çini də eyni şeyi etməyə inandıracağam", - Tramp deyib.
ABŞ prezidentinin sözlərinə görə, alışların dayandırılması bir gecədə baş verməyəcək - bu, tezliklə başa çatacaq prosesdir.
Tramp əlavə edib ki, Hindistanın Rusiya neftini alması Moskvaya müharibəni davam etdirməyə imkan verir, onun sözlərinə görə, Rusiya artıq 1,5 milyon insan itirib”.
Məhz Rusiya neftinin alınması səbəbindən Ağ Ev Hindistana tarifləri qaldırdı. Yeni Dehli daha əvvəl bəyan etmişdi ki, Rusiya neftinin alınmasının dayandırılması tələbini ədalətli hesab etmir.
Eyni zamanda, ABŞ maliyyə naziri yaponiyalı həmkarına çatdırıb ki, Vaşinqton da Tokionun Rusiyadan enerji idxalını dayandırmasını gözləyir.
ABŞ da avropalı tərəfdaşlarına oxşar tələblər irəli sürür və qeyd edir ki, yalnız Rusiya enerji mənbələrindən imtina Moskvanı Kiyevlə danışıqlar masasına oturmağa məcbur edəcək.