ATƏT-in fəaliyyətdə olan sədri kimi demək istərdim ki, biz sizin bu təşkilata uzunmüddətli sadiqliyinizi çox yüksək qiymətləndiririk. Mən sizi Azərbaycanla sülh yolunda atılan bu son dərəcə mühüm addımlara, xüsusən də Vaşinqtonda baş tutan 8 avqust sazişinə görə səmimi qəlbdən salamlayıram. Bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.
“Biz çağırışlar və maneələr kimi qiymətləndirilən şəraitdən asılı olmayaraq Ermənistanın sülh gündəminə dəstəyini ardıcıl olaraq qeyd etmişik və Minsk qrupunun bağlanması ilə bağlı bu birgə müraciəti də alqışlayıram.Ümid edək ki, bu proses dekabr ayından gec olmayaraq bağlanacaq.
ATƏT Ermənistanın əlavə dəyər verə biləcəyi, eləcə də ATƏT-in Minsk Qrupunun əlavə dəyər verə biləcəyi sahələrdə əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazırdır.
"Bu bölgədə davamlı sülhün olması üçün artıq atılmış ümidverici addımlara əsaslanaraq, sazişin imzalanması və münasibətlərin normallaşdırılması yolu ilə bu sülh prosesini gücləndirmək çox vacibdir. Bu, bizim bütün tərəflərə göndərdiyimiz mesajdır. Biz səylərinizdə Sizi dəstəkləməyə və kömək etməyə hazırıq".