Macarıstanın xarici işlər naziri Péter Szijyarto Guardian-a müsahibəsində bildirib ki, Budapeşt ABŞ-ın tələblərinə baxmayaraq, Rusiyanın enerji resurslarından imtina etmək niyyətində deyil.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərindən Rusiya neftinin idxalını tamamilə dayandırmağı tələb edib.
Macarıstanın MOL neft-qaz şirkəti "Drujba" kəməri ilə hər il təxminən 5 milyon ton neft idxal edir. Macarıstan və Slovakiya Rusiya neftinin əsas alıcılarıdır və Rusiyanın enerji resurslarından imtina etməyə hazır deyillər.