Rusiya 500-ə yaxın pilotsuz uçuş aparatı və 20-dən çox raketlərdən istifadə etməklə Ukraynaya növbəti kütləvi zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, Dnepropetrovsk vilayətində yanğınlar baş verib, mülki obyektlərə ziyan dəyib, 1 nəfər ölüb, 26 nəfər yaralanıb.
Zərbələr barədə Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Nazirliyin məlumatına görə, Ukrayna PUA-ları Rostov, Saratov, Bryansk, Samara, Voronej və digər vilayətlərdə, eləcə də Krımda vurulub.
Qarşılıqlı hücumlara baxmayaraq, Kreml sözçüsü bəyan edib ki, Rusiya prezidenti münaqişənin siyasi və diplomatik yollarla həllinə hazırdır və səy göstərir.