Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hollandiya Nümayəndələr Palatasının keçmiş üzvü Peter Herman Omtzixt ilə görüşüb.
Tərəflər Ermənistan və Hollandiya arasında inkişaf edən strateji tərəfdaşlığın gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Mirzoyan Peter Omtzixtə Ermənistan və Niderland arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına, ümumbəşəri dəyərlərin qorunmasına xidmətlərinə görə Ermənistan Respublikasının Prezidenti tərəfindən ona verilən “Təşəkkür” medalını təqdim edib.