Avropa Komissiyası İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi səbəbindən İsrailə yardımı dayandırmaq qərarını açıqlayıb.
Qeyd olunur ki, Avropa Komissiyasının qərarı 2025-2027-ci illər üçün gələcək illik ayırmalara, eləcə də İsraillə davam edən institusional əməkdaşlıq layihələrinə və Aİ-İsrail Regional Əməkdaşlıq Mexanizmi çərçivəsində maliyyələşdirilən layihələrə aiddir. İsrail 2025-2027-ci illərdə orta hesabla ildə 6 milyon avro almalı idi.
"Qəzza zolağında hər gün baş verən dəhşətli hadisələr dayandırılmalıdır. Dərhal atəşkəs əldə etmək, bütün humanitar yardımların maneəsiz çıxışını təmin etmək və HƏMAS-ın əlində olan bütün girovları azad etmək lazımdır", - Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.