İranla tərəfdaşlığımızı və iqtisadi əməkdaşlığımızı dərinləşdirmək üçün razılaşmalarımız və planlarımız var. Həmçinin regionların açılması nəticəsində biz Ermənistandan İrana və əksinə dəmir yolu alacağıq. Bu da çox mühüm logistik marşruta çevriləcək və bu, iqtisadi əməkdaşlığımızın imkanlarını xeyli artıracaq.
Bunu Nikol Paşinyan deyib.
“[Dəmir yolu] Ermənistanın və İran İslam Respublikasının tranzit potensialını artıracaq, çünki bu dəmir yolu Ermənistan, Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikasından keçəcək və bunun hansı imkanlar yaradacağını təsəvvür edə bilərik”,- o deyib.