Open Caucasus Media Naxçıvanda yerləşən sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, Türkiyə son həftələr azərbaycanlı taksi sürücülərinin İğdıra daxil olmasına mane olur.
Qeyd olunur ki, qaydaları pozan sürücülər cərimələnir və onların avtomobilləri 15 gün müddətinə cərimə meydançasına aparılır. Nəşrin məlumatına görə, son günlər Türkiyədə onlarla naxçıvanlı taksi sürücüsü həbs edilib.
Sürücülər bildiriblər ki, Türkiyə hakimiyyətinin bu qərarına səbəb İğdır-Diluc keçid məntəqəsində işləyən mikroavtobus sürücülərinin etirazı olub. Onlar türk avtomobillərinin gömrük məntəqəsindən Türkiyəyə sərnişin daşımasını tələb edirlər.
Azərbaycan hakimiyyəti hələlik məlumatı şərh etməyib.