Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) on minlərlə tərəfdarı prezident Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edərək Ankara küçələrinə çıxıb.
Etiraz aksiyası sentyabrın 15-də Özgür Özelin partiya başqanı seçildiyi Xalqların Demokratik Partiyasının 2023-cü il noyabr qurultayının nəticələrinin ləğvinə baxılacaq məhkəmə iclası öncəsi keçirilib.
Reuters qeyd edir ki, Özel tutduğu vəzifədən uzaqlaşdırıla bilər ki, bu da öz növbəsində 2028-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin vaxtına təsir edə və ölkənin əsas müxalifət partiyasında kadr dəyişikliyinə səbəb ola bilər.