Ümumiyyətlə təhlükəsizlik zəmanəti varmı? Məncə, təhlükəsizlik zəmanəti var və təhlükəsizliyin zəmanəti sülhdür. Sülhdən başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur. Bizdə bu gün sülh var, lakin bu, gündəlik qayğı, daimi institusionallaşma tələb edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq” beynəlxalq konfransı zamanı deyib.
"Bütün sülhlərin, hətta 50 ildir mövcud olanların da institusionalizasiyaya ehtiyacı var, çünki sülhün institutsionallaşdırılması ilə məşğul olmasanız, sülh deinstitusionallaşdırılır, məhv olur”, - deyə o qeyd edib.
O, yazda verdiyi bəyanata istinad edərək, Ermənistanla Azərbaycan arasında müharibənin yox, sülhün bərqərar olacağına işarə edərək, qeyd edib: “İndi Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”.